Bank Of Baku

Dağıstanda Federal Təhlükəsizlik Xidmətinin regional şöbəsinin rəisi öldürülüb

Dağıstanda Federal Təhlükəsizlik Xidmətinin regional şöbəsinin rəisi öldürülüb
# 02 sentyabr 2010 12:03 (UTC +04:00)
Dağıstan-APA. Dağıstanda Rusiya Federal Xidmətinin Çumadinsk rayon şöbəsi rəisinin xidməti avtomobili partladılıb. APA-nın məlumatına görə, Aqavali kəndi ərazisində hərəkət zamanı maşında partlayış baş verib və şöbə rəisi, podpolkovnik Əhməd Abdullayev hadisə yerində keçinib. Yaxınlıqda olan milis əməkdaşı partlayış səsini eşidərək əraziyə gəlib. Bu zaman o iki nəfər naməlum şəxsin meşəyə doğru qaçdığını görüb. Milis əməkdaşının dayan əmrinə tabe olmayan silahlılar ona atəş açaraq ağır yaralayıblar. Hazırda cinayətkarların axtarışı davam edir. Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına sui-qəsd və qanunsuz silah gəzdirmə maddələri üzrə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR