Bank Of Baku

Ramzan Kadırov artıq Çeçenistanın prezidenti deyil

Ramzan Kadırov artıq Çeçenistanın prezidenti deyil
# 02 sentyabr 2010 15:50 (UTC +04:00)
APA-nın məlumatına görə, qərara əsasən, Ramzan Kadırov artıq Çeçenistanın prezidenti deyil, respublikanın rəhbəri sayılır. Kadırov vəzifəsinin adını dəyişdirmək təklifi ilə avqustun 12-də parlamentə müraciət edib. O təklifini Rusiyada yalnız bir nəfərin prezident adlandırmaq hüququna malik olması ilə əsaslandırıb. Kadırov bildirib ki, prezident sözünün müqabilində istənilən əvəzləyici sözü qəbul etməyə hazırdır. Parlament bu qərarı müzakirə edərək Respublika Konstitusiyasına dəyişiklik barədə qərar qəbul edib. Qərara əsasən artıq respublikaya rəhbərlik edən şəxs prezident deyil, respublikanın rəhbəri adlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR