Bank Of Baku

Rusiya ABŞ Senatının Gürcüstanla bağlı qətnaməsini tənqid edib

Rusiya ABŞ Senatının Gürcüstanla bağlı qətnaməsini tənqid edib
# 02 avqust 2011 00:41 (UTC +04:00)
Bak-APA. Rusiya ABŞ Senatının Moskvanı silahlı qüvvələrini Gürcüstandan müstəqilliyini elan etmiş separatçı Cənubi Osetiya və Abxaziya ərazilərindən çıxarmağa çağıran qətnaməsini kəskin tənqid edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, qətnamə Vaşinqtonun Moskvaya 2008-ci ildə Gürcüstanla müharibəyə son qoymuş atəşkəsin şərtlərinə əməl etmək haqda növbəti çağırışı kimi qiymətləndirilir. Rusiya Xarici İşlər nazirliyinin nümayəndəsi Aleksandr Lukaşeviç deyib ki, Rusiya silahlı qüvvələrinin bu iki ərazini işğal etməsi haqda iddiaların nə hüquqi, nə də faktiki əsası yoxdur. O əlavə edib ki, bu kimi bəyanatlar Tbilisini revanşist addımların atılmasına, Gürcüstanı isə əməkdaşlıq etməməyə sövq edir. Münaqişədən sonra Gürcüstanın bu iki ərazisinin müstəqilliyini tanıyan Rusiya burada öz hərbi bazalarını saxlayır. Lukaşeviç deyib ki, Cənubi Osetiya və Abxaziya müstəqil olduğu üçün Gürcüstan ərazisində rus əsgərlərinin mövcud olduğunu hesab etmək olmaz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR