Bank Of Baku

Qazaxıstanda yaşayış binasında baş verən yanğında 3 uşaq ölüb

Qazaxıstanda yaşayış binasında baş verən yanğında 3 uşaq ölüb
# 02 avqust 2011 07:46 (UTC +04:00)
Bakı-APA. Qazaxıstanın qərbində yerləşən Kandıaqaş şəhərində çoxmənzilli yaşayış evində baş vermiş yanğın nəticəsində üç uşaq ölüb. APA-nın məlumatına görə, yanğın baş verən binadan üç uşaq meyiti tapılıb. Ümumilikdə hadisə baş verən binadan 55 nəfər, o cümlədən 25 uşaq təxliyə olunub. Dörd nəfər yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Alovun söndürülməsinə 24 yanğınsöndürmə briqadası və xilasedicilər, altı xüsusi texnika cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR