Bank Of Baku

MDB ekspertləri “Sərhəd təhlükəsizliyi təhdidlərinə qarşı mütəxəssislərdən ibarət çevik qruplar üzrə saziş” layihəsini müzakirə edirlər

MDB ekspertləri “Sərhəd təhlükəsizliyi təhdidlərinə qarşı mütəxəssislərdən ibarət çevik qruplar üzrə saziş” layihəsini müzakirə edirlər
# 02 avqust 2011 09:12 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Bu gün Minskdə MDB ekspertləri sərhədyanı təhlükəsizliyin təmin edilməsində əməkdaşlıq məsələlərinin müzakirəsinə başlayıblar. APA-nın MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iki günlük iclasda “Sərhəd təhlükəsizliyi təhdidlərinə qarşı mütəxəssislərdən ibarət çevik qruplar üzrə saziş” nəzərdən keçiriləcək. Layihəyə görə, bu qrupların fəaliyyət istiqaməti MDB-nin xarici sərhədləri olacaq. Qrupların əsas məramı isə sərhəd təhlükəsizliyinin təminində bu və ya digər MDB ölkəsinə yardım etmək, informasiya toplanmaq və təhlil etmək, təhlükələr barədə müvafiq qurumları məlumatlandırmaq və önləyici tədbirlərin görülməsinə yardımçı olmaqdır. Layihə ekspertlər tərəfindən tam razılaşdırılandan sonra sənəd MDB Dövlət Başçıları Şurasının təsdiqinə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR