Bank Of Baku

Aram Manukyan: «Ermənistan süqut etmək ərəfəsindədir»

Aram Manukyan: «Ermənistan süqut etmək ərəfəsindədir»
# 02 avqust 2011 22:57 (UTC +04:00)
Bakı-APA. Ermənistanın ən böyük problemi mühacirətdir. Bu barədə İrəvanda Ermənistan Milli Konqresinin mitinqində çıxış edən Erməni Ümummilli Hərəkatının idarə heyətinin sədri Aram Manukyan bildirib. Bu barədə APA Armenia Today-a istinadən məlumat verir.

Onun sözlərinə görə, 6 ay ərzində Ermənistandan 90 min nəfər mühacirət edib. «Mən hesab edirəm ki, mühacirət Ermənistanın əsas problemidir. Bu satqınlıq və soyqırımı, ölkənin xaincəsinə boşaldılması siyasətidir». Manukyan qeyd edib ki, hər il yalnız Belçikaya vətəndaşlıq almaq üçün 1400 erməni müraciət edir. «Başqa Avropa ölkələrində də analoji vəziyyətdir. Siyasi sığınacaq istəyirlər, müxtəlif xəstəliklər fikirləşirlər. Ermənistan boşalır, ölkə süqut etmək ərəfəsindədir», deyə Manukyan bildirib.

Manukyan bəyan edib ki, «ermənilər artıq adi fəhlə işləmək üçün uzaq Afrika ölkələrinə gedirlər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR