Bank Of Baku

Levon Ter-Petrosyan: “Ermənistan müxalifəti iqtidarla ultimatum dilində danışacaq”

Levon Ter-Petrosyan: “Ermənistan müxalifəti iqtidarla ultimatum dilində danışacaq”
# 02 avqust 2011 23:40 (UTC +04:00)
Bakı-APA. Ermənistan müxalifətinin hakimiyyətlə ultimatum dilində danışacağı vaxt uzaqda deyil. Bu barədə İrəvanda mitinqdə çıxış edən Ermənistan Milli Konqresinin lideri, keçmiş prezident Levon Ter-Petrosyan bildirib. Bu barədə APA Armenia Today-a istinadən məlumat verir.

«Hakimiyyətin ultimatum dilini qəbul etməyəcəkləri barədə bəyanatlarına baxmayaraq, ultimatumların da dövrü çata bilər. Konstitusiya müxalifətə hakimiyyətə qarşı ultimatum irəli sürməyi qadağan etmir», deyə Ter-Petrosyan bəyan edib. O qeyd edib ki, artıq bu ilin payızında Ermənistandakı siyasi böhranın aradan qaldırılması məsələsində ciddi irəliləyiş olacaq. «Əgər qarşıdakı iki ay ərzində iqtidar erkən seçkilər keçirmək məsələsini həll etməsə, onda hakimiyyətə verilmiş vaxt bitəcək və gündəlikdə yalnız bir məsələ - Serj Sərkisyan və iqtidar koalisiyasının dərhal istefası məsələsi qalacaq», deyə o bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR