Bank Of Baku

Ermənistanda rusiyalı iş adamı güllələnib

Ermənistanda rusiyalı iş adamı güllələnib
# 03 avqust 2011 09:20 (UTC +04:00)
İrəvan-APA. Ermənistan paytaxtında rusiyalı iş adamı qətlə yetirilib. APA-nın “Armtoday” saytına istinadən yaydığı məlumata görə, hadisə İrəvanın mərkəzi küçələrindən birində törədilib. Naməlum şəxs Rusiya vətəndaşı, iş adamı Xaçik Qaloyana bir neçə dəfə atəş açıb. İş adamı aldığı güllə yarasından dünyasını dəyişib. Hadisə yerindən beş giliz götürülüb. Öldürülən şəxsin Tuapse şəhərində yaşadığı, beton bznesi ilə məşğul olduğu, İrəvana qısamüddətli səfərə gəldiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR