Bank Of Baku

Ermənistan müxalifəti iqtidarla dialoquna haqq qazandırıb

Ermənistan müxalifəti iqtidarla dialoquna haqq qazandırıb
# 04 avqust 2011 02:15 (UTC +04:00)
Bakı-APA. Ermənistan müxalifəti növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsini tələb edir. Payızadək Ermənistanda hökm sürən siyasi böhranda dönüş yaranmalıdır.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə erməni müxalifətinin Yerevanda keçirdiyi mitinqində Erməni Milli Konqresin (EMK) lideri, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.
O bəyan edib ki, Ermənistan müxalifəti "böhrandan yeganə çıxış yolunu" növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsində görür.
Levon Ter-Petrosyan xəbərdar edib ki, EMK hakimiyyəti növbədənkənar seçkilər keçirməyə məcbur etmək üçün payızda "xalqın birliyini təmin etməyə" hazirdir.
Ter-Petrosyan hal hazırda EMK və hakim koalisiya nümayəndələri arasında davam etməkdə olan müzakirənin mahiyyətindən danışıb.
“Bu dialoqdan hələlik nə iqtidar, nə EMK, nə də xalq heç nə udmayıb. Lakin ölkəmiz udub: Ermənistanın sivil bir ölkə, sivil bir dövlət kimi nüfuzu artıb".
O, bu dialoqun həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın mövqelərinin möhkəmlənməsinə xidmət etdiyinə inanır. "Bizim üç il iqtidara başa salmaq istədiyimiz də elə bu olub. Və onların anlamaması səbəbindəndir ki, Qarabağ münaqişəsinin tənzimlənməsi bugünkü acınacaqlı vəziyyətdədir”.
Ter-Petrosyanın sözlərinə görə, iqtidarla danışıqlara başlayarkən, müxalifət sosial, siyasi və iqtisadi problemlərin həllinə dair təkliflər irəli sürsə də, iqtidardan belə təklif gəlməyib. "Bu isə o deməkdir ki, ya hakimiyyət sözügedən problemləri həll etmək niyyətində deyil, ya da həll etməyə qadir deyil".
Müxalifət lideri ölkənin əsas və həlli mühüm problemləri arasında iqtisadiyyatın sağlamlaşdırılmasını, ölkədən mühacirət axınının dayandırılmasını, korrupsiyanın ləğvini qeyd edib.
O, "alternativ olmayan halda", yeganə çıxış yolunu növbədənkənar seçkilər və leqetim hakimiyyətin formalaşdırılmasında görür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR