Bank Of Baku

Metsamor AES-in nə dərəcədə təhlükəsiz olduğunu müəyyənləşdirmək üçün sınaqlar keçiriləcək

Metsamor AES-in nə dərəcədə təhlükəsiz olduğunu müəyyənləşdirmək üçün sınaqlar keçiriləcək
# 04 avqust 2011 09:55 (UTC +04:00)
APA-nın “Deutsche Welle” radiosunun internet saytına istinadən verdiyi məlumata görə, reportajda bildirilir ki, 60-cı illərə aid köhnə sovet texnologiyası ilə fəaliyyət göstərən Metsamor AES-ə beynəlxalq aləmin narahatlığı artır. Media qurumu AES-in seysmik zonada yerləşdiyinə xüsusi diqqət çəkir. “AES-in yaşı və yerləşdiyi məkan Ermənistanla Brüssel arasında stansiyanın bundan sonrakı taleyi ilə bağlı mübahisələrə səbəb olub. Amma Ermənistan stansiyanı istismarı planlarından əl çəkmir”.

“Deutsche Welle” radiosu xatırladır ki, 2000-ci ildə Avropa İttifaqı stansiyanın bağlanılması üçün Ermənistana 138 milyon avro təklif edib: “Lakin Ermənistan hökuməti bu məbləğin azlığından şikayətlənərək maliyyə vəsaitindən imtina etdi. Yaponiyadakı son fəlakətdən sonra Metsamor AES-nin taleyi yenidən gündəmə gəlib və beynəlxalq ekspertlər payızda stansiyasının nə dərəcədə təhlükəsiz olub-olmadığını müəyyən etmək üçün Metsamorda xüsusi sınaqlar keçirəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR