Bank Of Baku

Bakı-Tiflis-Qars dəmir yol xəttinin tikintisində 44 mindən çox insan çalışacaq

Bakı-Tiflis-Qars dəmir yol xəttinin tikintisində 44 mindən çox insan çalışacaq
# 04 avqust 2011 17:59 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Avqustun 4-də Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvili bu ölkədə həyata keçirilən prioritet layihələr barədə fikirlərini səsləndirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, regional inkişaf və infrastruktur naziri çıxışında bir çox layihələrlə birlikdə prioritet layihə hesab edilən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin tikintisinə önəm verib. Nazirin sözlərinə görə, 2009-cu ildən bəri bu sahəyə 812 milyon lari vəsait ayrılıb. “Hazırda layihənin həyata keçirilməsində 23,9 min nəfər çalışır. Keçən il layihəyə qoyulan investisiya 912 milyon lariyə çatıb, 31 min nəfər iş ilə təmin olunub. Bu ilin sonuna qədər nazirliyimiz 44,4 min nəfər insanı işə qəbul edəcək və investisiyanın həcmi 1,386 milyard lari olacağı planlaşdırılır və 62,5 min nəfərin işlə təmin olunacağı gözlənilir”, deyə Nikolaişvili bildirib.
Nazir qeyd edib ki, Gürcüstanda olan 7 min km dəmir yolundan 3 min km-i reabilitasiya olunub.

BTQ layihəsinə görə, Gürcüstanda 25 km dəmir yolu tikiləcək və 160 km reabilitasiya olunacaq.

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 milyon dollardan artıqdır.
BTQ layihəsi Azərbaycan Neft Fondunun maliyyə dəstəyi ilə tikilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR