Bank Of Baku

Avropa Parlamenti: Yuliya Timoşenkonun həbsi siyasi səbəblər ilə həyata keçirilib

Avropa Parlamenti: Yuliya Timoşenkonun həbsi siyasi səbəblər ilə həyata keçirilib
# 06 avqust 2011 04:56 (UTC +04:00)
Bakı-APA. Avropa Parlamentin sədri Yeji Buzek Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun həbs olunmasını siyasi motivlər ilə həyata keçirildiyini bildirib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi məlumatına görə, Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Ştefan Fülenin birgə bəyanatda deyilir ki, Timoşenkonun həbs olunması Ukraynanın qanunun aliliyi prinsipinə sadiq qalmasını şübhə altına alır.
Xatırladaq ki, Kiyevin Peçersk məhkəməsinin qərarı ilə Timoşenko Lukyanovskoe istintaq təcridxanasında saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR