Bank Of Baku

Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb

Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb
# 09 avqust 2011 09:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bu gün səhər saatlarında Rusiyanın Maqadan bölgəsində göyərtəsində 12 sərnişin olan An-12 təyyarəsi radardan itib. APA-nın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, təyyarənin ekipajı rabitə əlaqəsi kəsilməzdən əvvəl yanacaq sızması və mühərrikin alışması barədə məlumat verib.

«Avis-Avia» şirkətinə məxsus təyyarə Komsomolsk-Amur - Keperveem (Çuxotka) reysi üzrə uçurmuş.

Peykdən alınan siqnala görə, təyyarə Maqadandan 310 kilometr uzaqda Omsukçan qəsəbəsi yaxınlığında olduğu müəyyənləşib. Axtarış işlərinə An-28 təyyarəsi və Mi-8 helikopteri cəlb olunsa da, ərazidə duman olduğundan axtarış işləri çətinləşib.

Qeyd edək ki, müxtəlif təyinatlı yüklərin daşınması üçün hazırlanmış An-12 təyyarəsinin seriyalı istehsalına 1959-cu ildə başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR