Bank Of Baku

Sərhəddə yerləşən 5 kilsə ilə bağlı Ermənistanla Gürcüstan arasında gərginlik yaranıb

Sərhəddə yerləşən 5 kilsə ilə bağlı Ermənistanla Gürcüstan arasında gərginlik yaranıb
# 11 avqust 2011 10:31 (UTC +04:00)
Bu barədə APA Ermənistanın «Lragir» qəzetinin saytına istinadən məlumat verir.

Qəzetin yazdığına görə, Tiflis Ermənistan-Gürcüstan sərhədi yaxınlığında yerləşən 5 kilsə - Axtala, Kobayr, Xnevank, Xuçap və Kirans kilsələri üçün rəsmi status istəyir. Erməni Apostol kilsəsi gürcü kilsəsinin statusu haqqında iddialarla razı olsa da, kilsələrə nəzarətin Gürcüstanın əlinə keçməsinə qarşı çıxır.

Erməni kilsəsi XI-XII əsrlərdə bu monastırların həqiqətən gürcü kilsələri kimi istifadə olunduğunu təsdiqləyib: “Lakin onlar apostol kilsəsi kimi tikildiyi üçün bizdə qalmalıdır”.

Eçmiədzin kilsəsinin mətbuat katibi Vaqram isə bildirib ki, hazırda Ermənistanda cəmi 600 gürcü yaşayır və bu kilsələri gürcülərə vermək ədalətsizlikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR