Bank Of Baku

Ukrayna prezidenti Yuliya Timoşenkonun məhkəmə işinə müdaxilə etməyəcək

Ukrayna prezidenti Yuliya Timoşenkonun məhkəmə işinə müdaxilə etməyəcək
# 12 avqust 2011 02:57 (UTC +04:00)
Bakı-APA. Ukrayna prezidenti Viktor Yanukoviç sabiq baş nazir və siyasi rəqibi Yuliya Timoşenkonun məhkəmə işinə müdaxilə etməsi barədə çağırışları rədd edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bir çox qərb ölkələri Yuliya Timoşenkoya qarşı ittihamaların siyası motivlərə əsaslandığını deyərək, prezident Yanukoviçi tənqid edib.

Çex Respublikasının prezidenti Vaslav Klausun şəxsən yazdığı məktuba cavab olaraq Yanukoviç Timoşenkonun məhkəmə işinə müdaxilə etməyəcəyini bildirib və müdaxiləni qəbuledilməz adlandırıb. Yanukoviç Ukrayna məhkəməsinin müstəqil və qərəzsiz olduğunu deyib.

Timoşenkoya qarşı ittihamlar 2009-cu ildə əldə olunmuş razılaşma ilə əlaqədardır. Bunun nəticəsində Rusiya Ukraynaya qaz ixracını dayandırmışdı. Prokurorlar Yuliya Timoşenkonun sözügedən razılaşmanı imzalamadan əvvəl hökumətlə məsləhətləşmədiyinə görə qanunu pozduğunu deyirlər. Onlar ölkənin xeyrinə olmadığını irəli sürdükləri razılaşmanın Ukraynaya 190 milyon dollara başa gəldiyini irəli sürürlər. Bir həftədir həbsdə olan Yuliya Timoşenko özünə qarşı ittihamları rədd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR