Bank Of Baku

Rusiya Liviyaya sanksiyaları nəzərdə tutan BMT qətnaməsinə qoşulub

Rusiya Liviyaya sanksiyaları nəzərdə tutan BMT qətnaməsinə qoşulub
# 12 avqust 2011 09:33 (UTC +04:00)
APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Liviya qarşı tətbiq olunacaq sanksiyalara dair sərəncam imzalayıb. Müvafiq qətnamə bu il martın 18-də BMT Təhlükəsizlik Şurası (TŞ) tərəfindən qəbul olunub. Bu qərara Təhlükəsizlik Şurasının 10 üzvü səs verib, Rusiya, Çin və Almaniya isə bitərəf qalıblar.
Medvedevin sərəncamı ilə Rusiya üzərindən Liviya təyyarələrinin uçuşu, eləcə də rus təyyarələrinin Liviyaya uçuşları qadağan olunub. Sərəncama əsasən, Müəmmar Qəddafinin yaxın qohumları və Liviya şirkətlərinin Rusiya ilə maliyyə əməliyyatları dayandırılıb. Rusiya həmçinin Liviyaya hərbi texnika və silahların satışını da qadağan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR