Bank Of Baku

Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qeyri-rəsmi zirvə görüşü başlayıb

Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qeyri-rəsmi zirvə görüşü başlayıb
# 12 avqust 2011 13:45 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Bu gün Qazaxstan paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkə rəhbərlərinin qeyri-rəsmi sammiti öz işinə başlayıb. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Rusiya, Belarus, Ermənistan, Tacikistan, Qırğızıstan və Qazaxstan liderləri iştirak edir. Danışıqlar zamanı prezidentlər regional təhlükəsizlik, beynəlxalq terrorla müştərək mübarizə yollarına dair ətraflı fikir mübadiləsi aparacaqlar. Rəsmilər sammit zamanı hər-hansı qərarın qəbul edilməyəcəyini bəyan ediblər. Astanada bir sıra ikitərəfıi görüşlər də keçiriləcək. Rusiya KİV-lərinin məlumatına görə, Rusiya və Ermənistanın dövlət başçıları Dmitriy Medvedev və Serj Sərkisyanın bir araya gələcəkləri gözlənilir. Medvedev-Sərkisyan görüşündə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq.

Xatırladaq ki, üç gün öncə analoji mövzu Soçidə Rusiya və Azərbaycan prezidentləri Dmitriy Medevdev və İlham Əliyev arasında müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR