Bank Of Baku

Moskvadakı icazəsiz aksiyanın 30-a yaxın iştirakçısı həbs olunub

Moskvadakı icazəsiz aksiyanın 30-a yaxın iştirakçısı həbs olunub
# 12 avqust 2011 22:58 (UTC +04:00)
Bakı-APA. Moskvanın mərkəzində təşkil olunmuş icazəsiz «Qəzəb günü» aksiyasının 30-a yaxın iştirakçısı saxlanılıb. Bu barədə Moskva polisindən məlumat verilib.

«Polis Moskvanın mərkəzində «Qəzəb günü» adlı icazəsiz aksiyanın qarşısını alıb. Təşkilatçılardan biri, «Sol cəbhə»nin fəalı Konstantin Kosyakin və Teatr meydanında şüarlar səsləndirən daha 30-a yaxın şəxs saxlanılıb», deyə polisdən bildirilib.

Aksiya iştirakçıları həbsdə olan «Sol cəbhə»nin lideri Sergey Udalsovun azad olunmasını tələb ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR