Bank Of Baku

Qırğızıstanda 54 nəfər prezidentliyə namizədliyini irəli sürüb

Qırğızıstanda 54 nəfər prezidentliyə namizədliyini irəli sürüb
# 13 avqust 2011 10:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Oktyabrın 30-da Qırğızıstanda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək üçün bu ölkənin Mərkəzi Seçki Komissiyasına 54 şəxs müraciət edib. APA-nın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan Mərkəzi Seçki komissiyası məlumat yayıb.

Namizədlərdən 10-u siyasi partiyaların liderləridir. Namizədlərin müraciətlərinin qəbulu avqustun 16-da başa çatacaq. Namizədlərin qeydiyyatı ilə bağlı proseduralar isə sentyabrın 25-də tamamlanacaq. Sentyabrın 25-dən oktyabrın 29-dək isə namizədlərin təbliğat-təşviqat kampaniyası keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR