Bank Of Baku

Moskvada sürət qatarında terror aktını qarşısı alınıb

Moskvada sürət qatarında terror aktını qarşısı alınıb
# 15 avqust 2011 07:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva-Sankt-Peterburq istiqamətində hərəkət edən «Sapsan» sürət qatarında terror aktının qarşısını alıb. Bu barədə APA Rusiya KİV-lərinə istinadən məlumat verib.

Terror aktı Şimali Qafqaz bölgəsindən olan şəxslər tərəfindən hazırlanıb. FTX-nin məlumatına görə, terror aksiyasının təşkilatçısı Kabardin-Balkardan olan 22 yaşlı İslam Xamujev keçən il Dağıstanda terrorçuların düşərgəsində hazırlıq keçib. Bundan sonra o, partlayışlar törətmək üçün Moskvaya göndərilib.

Saxlanılan şəxslərin Moskvadakı mənzilindən partlayışı törətmək üçün elementlər aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR