Bank Of Baku

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Əfqanıstanda terrorçu birləşmələrə qarşı mübarizə aparacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Əfqanıstanda terrorçu birləşmələrə qarşı mübarizə aparacaq
# 15 avqust 2011 12:13 (UTC +04:00)
Bakı. Azər Mustafyev-APA. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Əfqanıstanda terrorçu birləşmələrə qarşı mübarizə aparacaq. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qurumun baş katibi Nikolay Bordyuja bildirib ki, Əfqanıstanda vəziyyətin normallaşması üçün yeni mexanizmlər işlənib hazırlanacaq. Bu məsələ avqustun 12-13-də Astanada keçirilmiş təşkilat rəhbərlərinin qeyri-formal zirvə görüşündə də müzakirə olunub.
Bordyuja qeyd edib ki, Əfqanıstanda hökm sürən qeyri stabil vəziyyət ekstremist və terrorçu təşkilatların Mərkəzi Asiyada öz fəaliyyətlərini daha da gücləndirməsinə səbəb olub: “Onlar Əfqanıstandan həm maddi, həm də ideoloji dəstək alırlar. qonşu ölkənin təlim düşərgələrində MDB-nin bir çox ölkələrinin vətəndaşları hazırlıq keçir, bundan sonra öz ölkələrinə adi döyüşçü kimi dönürlər. KTMT-nın siyahısında bu düşərgələrdə təlim keçmiş insanların adları və onlar haqqında məlumatlar var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR