Bank Of Baku

İnquşetiyada daxili qoşunlarının "Vostok" batalyonu atəşə tutulub, 4 nəfər həlak olub, 7 nəfər yaralanıb

İnquşetiyada daxili qoşunlarının "Vostok" batalyonu atəşə tutulub, 4 nəfər həlak olub, 7 nəfər yaralanıb
# 15 avqust 2011 20:22 (UTC +04:00)
Bakı-APA. İnquşetiyanın Çeçenistanla sərhədində yerləşən Datıh Sunjensk rayonunda Rusiya daxili qoşunlarının “Vostok” batalyonunun kolonnası atəşə tutulub.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində dörd nəfər həlak olub, yeddi nəfər yaralanıb.
Bildirilir ki, batalyon naməlum şəxslər tərəfində avtomatik silahdan və qumbaraatandan atəşə tutulub.
Rusiya təhlükəsizlik qüvvələri toqquşma baş verdiyi yerə əlavə qüvvə göndərib.
İnquşetiya hüquq-mühafizə orqanlardan bildiriblər ki, istintaq qrupu hadisə yerinə yollanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR