Bank Of Baku

Quram Marxuliya: "Gürcüstan Ermənistanla diplomatik əlaqələri pozmalıdır"

Quram Marxuliya: "Gürcüstan Ermənistanla diplomatik əlaqələri pozmalıdır"
# 23 sentyabr 2011 23:36 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. "Gürcüstan Ermənistanla diplomatik əlaqələri pozmalıdır!" APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri görkəmli gürcü tarixçisi və politoloqu Quram Marxuliya APA-ya açıqlamasında Gürcüstanın Ermənistandakı səfiri Tengiz Şarmanaşviliyə Gürcüstan XİN-in Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi və Dağlıq Qarabağda keçirilmiş qanunsuz "seçkiləri" tanımadığı barədə bəyanatı ilə əlaqədar Ermənistan tərəfindən nota təqdim edilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu nota gürcü cəmiyyətində hiddət doğurub. "Görmüşük ki, etiraz notasına dövlət rəhbərləri o vaxt müraciət edir ki, adətən bir ölkə, digər bir ölkə ilə əlaqədar müəyyən bir ədalətsiz qərar qəbul etsin. Bu hadisədə biz hələ beynəlxalq aləm tərəfindən qəbul edilməyən Ermənistanın siyasi mədəniyyətini görürük. Bu siyasi mədəniyyətin yaranması qonşu xalqların ərazilərinin zəbt olunmasına söykənir. Beynəlxalq təşkilatlar, o cümlədən BMT Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu barədə bir sıra qətnamələr qəbul edib. Həmin qətnamələrdə qeyd olunub ki, "erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilən bütün Azərbaycan torpaqlarından çıxarılsın". Bundan başqa, hansı seçkidən söhbət gedə bilər ki, Dağlıq Qarabağdan zorla köçürülən bir milyondan çox yerli əhali öz ölkəsində qaçqın düşüb".

Quram Marxuliya Ermənistanın beynəlxalq münasibətlər zamanı Gürcüstanın əleyhinə səs verdiyini də vurğulayıb. "Ermənistan BMT Baş Assambleyasının səs çoxluğu ilə qəbul olunan "Abxaziya və Samaçablodan məcburi köçkünlərin və qaçqınların vəziyyətinə dair" qətnaməsinin əleyhinə səs verib. Bu dediklərimə əsaslanaraq bildirmək istəyirəm ki, Gürcüstan hökuməti düzgün qərar qəbul edib. Ermənistanın Rusiya ilə birləşərək belə mücərrəd siyasət və ideologiya yürütməsi möhtəkirlikdən başqa bir şey deyil. Əgər Gürcüstan rəhbərliyi Rusiya ilə diplomatik əlaqələri pozmuşsa, onda Ermənistanla olan hər bir əlaqəni də qırmaq lazımdır. Düşünürəm ki, belə bir yol Cənubi Qafqazda illərlə davam edən münaqişələrin həllinin tənzimlənməsini ciddi surətdə tezləşdirəcək".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR