Rusiya prezidenti maliyyə nazirini istefaya göndərib
Prezidentin fərmanından bir qədər öncə Aleksey Kudrin özü istefa verdiyini bildirib.
Xatırladaq ki, Rusiya iqtisadiyyatının modernizasiyası və inkişafı üzrə komissiyanın iclasında prezidentlə nazir arasında mübahisə yaranmışdı.
“Mən bu gün burada sizə müraciət edirəm: əgər siz hesab edirsinizsə ki, gündəlikdə duran iqtisadi məsələlərə məndən fərqli baxışlarınız var, o zaman istefa haqqında ərizənizi yaza bilərsiniz. Düşünürəm ki, indi cavab verə bilərsiniz ki, istefa verirsiniz, ya yox” - deyə D.Medvedev bildirib.
Buna cavab olaraq A.Kudrin baş nazir Vladimir Putinlə məsləhətləşməli olduğunu söyləyib: “Həqiqətən sizinlə fikir ayrılıqlarım var, amma sizin təklifinizlə bağlı qərarı baş nazirlə məsləhətləşdikdən sonra verə bilərəm”.
Rusiya prezidentinin buna cavabı sərt olub: “Kiminlə istəyirsinizsə, o cümlədən baş nazirlə, məsləhətləşə bilərsiniz. Amma hələlik prezident mənəm və bu cür qərarları da mən verirəm. Siz dərhal məsələni aydınlaşdırıb mənə cavab verməlisiniz - ya fikir ayrılığı dediyiniz şeylər mövcud deyil, ya da mövcuddursa, mən başqa çıxış yolu görmürəm. Hərçənd bu, mənim üçün xoş deyil”.
D.Medvedev əlavə edib ki, 2012-ci ilin mayında səlahiyyətləri bitənə qədər məmurların istənilən məsuliyyətsiz danışığının qarşısını alacaq: “Prezidentin, hökumətin kursuna şübhə edən və ya öz şəxsi planları olan şəxs mənə müraciət edərək istefaya getmək hüququna malikdir, amma bunu açıq şəkildə etmək lazımdır”.
Qeyd edək ki, Rusiya prezidentinin qəzəblənməsinə səbəb maliyyə nazirinin bu gün jurnalistlərə verdiyi açıqlamalar olub. A.Kudrin D.Medvedev baş nazir olarsa, özünü onun hökumətində görmədiyini bildirib: “Mən özümü yeni hökumətdə görmürəm. Söhbət ondan getmir ki, mənə heç kim heç nə təklif etməyib. Düşünürəm ki, mövcud fikir ayrılıqlarımız yeni hökumətə getməyimə imkan vermir. Onların arasında ordunun yenidən silahlanmasına büdcə xərcləri də var”.
D.Medvedev A.Kudrinin açıqlamalarını qeyri-etik adlandırıb və onlara bəraət qazandırmağın mümkün olmadığını vurğulayıb: “Hökumətdə nizam-intizamı və subordinasiya qaydalarını kimsə ləğv etməyib. Heç bir yeni hökumət yoxdur və heç kim də başqalarına dəvət göndərməyib”.
MDB
Ermənistanda yanmış avtomobildə dörd nəfərin meyiti tapılıb
Putin: Ankoricdə həqiqətən də heç bir razılaşma əldə olunmamışdı
Putin: Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri şübhəsiz ki, problemlər yaradır
Putin Zelenskinin Belarusa qarşı təhdidlərini Lukaşenko ilə ətraflı müzakirə etmədiyini deyib
Xəbər Lenti
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
AMB: Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar
AMB: Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq
Pezeşkian: İran və Qətər 6 milyard dollarlıq aktivin blokdan çıxarılması barədə razılığa gəlib
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub - FOTO - YENİLƏNİB
TDT Baş katibi: Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
AMB: Azərbaycanda 100 mindən çox POS-terminal QR ödənişlərini dəstəkləyir
Ramil Mahmudov: Açıq bankçılıq layihəsi açıq maliyyə modelinə genişləndiriləcək
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya komandalarının hərbi vətənpərvərlik toplanışı keçirilib
Mərkəzi Bank: Dövlət ödənişlərinin Ani Ödənişlər Sistemi ilə hesablaşmaları 20 dəfədən çox artıb
Niyə bəzi insanlar sığorta təminatını ala bilmirlər?
Bu il yerli ərzaqlıq buğdanın bir tonu 400 manata tədarük olunacaq
Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edilib
"Rabitəbank"dan 33 illik yubileyinə özəl Nağd pul krediti kampaniyası
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
Baş katib: Bakıda keçirilən toplantı Türk dünyasının tarixində yeni mərhələnin başlandığını göstərir
İran və Oman Hörmüz Birgə Komitəsinin ilk iclasını Məsqətdə keçiriblər
AMB: AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb
AMB: Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 mlrd. manatı keçir
"AccessBank" Xəzərdə təmizlik aksiyası keçirib
"Türk Dünyası Həftəsi" çərçivəsində Ağdam və Şuşada tədbirlər keçiriləcək
Şavkat Mirziyoyev: Türkologiya elminin qarşısında yeni vəzifələr meydana çıxır
Azad edilmiş ərazilərdə daha 73 mina, 329 PHS aşkarlanıb
Tokayev: Azərbaycan qardaş xalqlar arasında əlaqələrin inkişafına mühüm töhfə verir
Sadır Japarov: Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbiri türk xalqlarının dostluğunu daha da möhkəmləndirəcək
Baş prokuror Xətai rayonunda qəbul keçirəcək
Ərdoğan: Azərbaycan bu gün Türk dövlətlərinin ortaq məqsədlərinə töhfə verir
Pakistanın zərbələri nəticəsində Əfqanıstanda 36 nəfər ölüb, 163 nəfər yaralanıb
Ermənistanda yanmış avtomobildə dörd nəfərin meyiti tapılıb
Dövlət başçısı: TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır
Prezident: Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur
Tokayev və Japarov “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb
Prezident Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirinin iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının 28-ci İllik Toplantısı və Biznes Forumu keçiriləcək
AMB: Yeni maliyyə sektoru strategiyasında rəqəmsallaşma və süni intellekt əsas prioritetlərdən olacaq
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər
Bakıda Ağ Amerika kəpənəyi ilə əlaqədar ağaclarda dərmanlama işləri aparılır
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
AMB: Azərbaycanda kriptoaktivlərlə bağlı qanun ilin sonunadək qəbul oluna bilər
Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: 4 nəfər ölüb, 28 yaralı var
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanına qeydiyyat davam edir
FHN: Ötən həftə 576 yanğına çıxış olub, 69 nəfər xilas edilib - VİDEO
Assosiasiya sədri: Azərbaycan rəqəmsal maliyyə ekosistemini formalaşdıran əsas iştirakçılardan birinə çevrilib
Ağcabədidə 24 yaşlı oğlanı cərəyan vuraraq öldürüb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Rəsmi Bakı İsrail hökumətini qondarma “erməni soyqırımı” ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıb
Sərnişin daşımalarına dair müqavilənin şərtləri təsdiqlənib