Bank Of Baku

Saakaşvili: «ABŞ RƏM elementlərini Gürcüstanda yerləşdirə bilər»

Saakaşvili: «ABŞ RƏM elementlərini Gürcüstanda yerləşdirə bilər»
# 28 sentyabr 2011 20:25 (UTC +04:00)
Bakı-APA. ABŞ raket əleyhinə müdafiə (RƏM) sistemi elementlərini Türkiyə əvəzinə Gürcüstanda yerləşdirə bilər. Gürcüstan prezidenti Mixail Saakaşvili Daily Beast internet nəşrinə müsahibəsində belə bir fikir işlədib.

Saaşkaşvili respublikaçı senatorlar Con Kayl və Mark Kirkin Pentaqondan RƏM elementlərini Türkiyədə yerləşdirmək barədə qərarına yenidən baxmağı tələb etmələrinə işarə vurub. Belə ki, senatorlar Türkiyənin irəli sürdüyü tələblərdən narazıdırlar. Bu tələblərin içərisində radardan alınan məlumatın İsrailə ötürülməməsi var.

«Biz məlumatı bütün ölkələrlə, o cümlədən İsraillə paylaşmağa hazırıq», deyə Saakaşvili bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR