Bank Of Baku

Belarus «Şərq Tərəfdaşlığı» sammitində iştirakdan imtina edə bilər

Belarus «Şərq Tərəfdaşlığı» sammitində iştirakdan imtina edə bilər
# 29 sentyabr 2011 04:48 (UTC +04:00)
Bakı-APA. «Belarus rəsmi nümayəndə heyətinin başçısı Viktor Qaysenkin statusu və ya hüquqları məhdudlaşdırılsa, nümayəndə heyəti sentyabrın 29-30-da Varşavada keçirilən «Şərq Tərəfdaşlığı» sammitində iştirakdan imtina edə bilər». APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Belarus XİN informasiya departamentinin rəisi Andrey Savinıx belə bir bəyanatla çıxış edib.

«Polşa XİN mətbuat katibi Belarus nümayəndə heyətinin «Şərq Tərəfdaşlığı» sammitində iştirakının formasını müəyyən etmək istədiklərini bəyan edib. Bununla bağlı qeyd etməyi lazım bilirik ki, tərəfdaşlığın istənilən iştirakçı-dövləti «Şərq Tərəfdaşlığı» tədbirlərində iştirak səviyyəsini və nümayəndə heyətini özü müəyyən etmək hüququna malikdir. Belarus tərəfi bu hüququndan istifadə edərək Polşadakı səfiri Viktor Qaysenkə Varşavadakı sammitə iştirak etməyi həvalə edib. Əgər Belarus nümayəndə heyətinin başçısı kimi Viktor Qaysenkin statusu və ya hüquqları məhdudlaşdırılsa, Belarus tərəfi sammitdə iştirakdan imtina etmək hüququnu özündə saxlayır», deyə Belarus XİN-in rəsmi nümayəndəsi bildirib.

O qeyd edib ki, sammitdə Belarus nümayəndə başçısının razılığı olmadan qəbul olunmuş bütün sənədlər hüquqi cəhətdən legitim olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR