Bank Of Baku

Qazaxıstanda dinə dair sərt qanun qəbul edilib

Qazaxıstanda dinə dair sərt qanun qəbul edilib
# 30 sentyabr 2011 02:25 (UTC +04:00)
Bakı-APA. Qazaxıstan parlamentinin yuxarı palatası dini fəaliyyətə dair sərt yeni qanun qəbul edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, qanunun tərəfdarları onun dini ekstremizmə qarşı mübarizədə effektiv olacağını deyir, əleyhdarlar isə qanunu din azadlığına zərbə kimi qiymətləndirirlər.
Qanun tezliklə prezident Nursultan Nazarbayev tərəfindən imzalanacağı gözlənilir. Bu sənədin təşəbbüskarı da məhz prezident olub.
Yeni qanun dövlət təsisatlarında ibadət otaqlarını qadağan edəcək, və hazırda mövcud olan dini qrupları yenidən dövlət qeydiyyatından keçməyə məcbur edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR