Bank Of Baku

Lukaşenko «Şərq tərəfdaşlığı» proqramını «boşboğazlıq» adlandırıb

Lukaşenko «Şərq tərəfdaşlığı» proqramını «boşboğazlıq» adlandırıb
# 30 sentyabr 2011 19:58 (UTC +04:00)
Bakı-APA. Avropa İttifaqının «Şərq tərəfdaşlığı» proqramı, adına baxmayaraq bərabərhüquqlu münasibətləri nəzərdə tutmur. Belarus prezidenti Aleksandr Lukaşenko belə bir bəyanatla çıxış edib.

«Hələlik «Şərq tərəfdaşlığı» boşboğazlıqdır, qoy Avropa Birliyində məndən inciməsinlər. Mən özümə belə bir sual verirəm: nə vaxt «Şərq tərəfdaşlığı» bir ölkəyə, yəni bizə siyasət və diplomatiya dərsi keçmək məktəbindən normal tərəfdaşlığa çevriləcək? Nə vaxt iqtisadi layihələri həyata keçirməyə başlayacağıq?

Varşavada keçirilmiş «Şərq tərəfdaşlığı» sammitindən danışan Lukaşenko bildirib ki, «Avropa Birliyi Belarusa qarşı görk məqsədi ilə sanksiyalar tətbiq etməyə çalışıb».

«Demək biz hamını prezidentlər səviyyəsində dəvət edirik, amma Belarusu başqa səviyyədə dəvət edəcəyik. Çox sağ olun. Biz tərəfdaşlığı dəstəklədiyimiz üçün Varşavadakı səfirimizə nümayəndə heyətinin rəhbəri qismində çıxış etməyi xahiş elədik. Onlar gözləmirdilər. Elə bilirdilər, biz ağlayacağıq, nəsə xahiş eləyəcəyik», deyə Lukaşenko bəyan edib.

Lukaşenkonun sözlərinə görə, Belarus nümayəndə heyətinin rəhbərini alçaltmaq istəyəndə «biz ümumiyyətlə iştirakdan imtina etdik». «Onlar nə etdilər? «Şərq tərəfdaşlığı»nın digər tərəfdaş dövlətlərinin adından bəyanat formalaşdırdılar. Təbii ki, heç bir dövlət bu qətnaməni dəstəkləmədi. Gecə Avropa Birliyi yeni qətnamə qəbul etmək üçün bizim «Şərq tərəfdaşlığı»ndakı tərəfdaşlarımıza təzyiq göstərməyə başlayıb. Heç bir dövlət, heç bir dövlət başçısı bu qətnaməni dəstəkləməyib. Əksinə, onlar Belarusu fəal surətdə müdafiə ediblər, bəyan ediblər ki, avropalılar Belarusa qarşı düzgün hərəkət etmirlər», deyə Belarus prezidenti bildirib.

Onun sözlərinə görə, «Avropa Birliyinin 27 dövləti bizim dostlarımıza təzyiq göstərib. Heç nə alınmayıb, qətnaməni heç bir dövlət başçısı dəstəkləməyib», deyə Lukaşenko əlavə edib.

Belarus dövlət başçısı dəstəyə görə öz həmkarlarına təşəkkür edib. «Bizi Avropada ən fəal dəstəkləmiş Gürcüstan və Azərbaycan prezidentlərin xüsusilə böyük minnətdarlığımı bildirirəm», deyə Lukaşenko bəyan edib.

«Bu az iş deyil, beloruslar borclu qalmayacaqlar», deyə o əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR