Bank Of Baku

Gürcüstanda qazlaşdırma daha bir il uzadılacaq

Gürcüstanda qazlaşdırma daha bir il uzadılacaq
# 01 oktyabr 2011 04:55 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. "Gürcüstanın qazlaşdırılması daha bir il davam edəcək. Bu barədə danışıqlar aparılır. Qazlaşdırma 2012-ci ilin axırına kimi uzadılacaq". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə ARDNŞ-in törəmə şirkəti olan “SOCAR Georgia Gas”ın baş direktoru Anar Məmmədov məlumat verib. Onun sözlərinə görə, indiyədək bu ölkənin 6 böyük regionunun 29 şəhər və rayonuna qaz çəkilib: "Biz Gürcüstan hökuməti qarşısında öhdəlik qəbul etmişik ki, Gürcüstanda 150 min abonenti qazla təmin edəcəyik. Bu öhdəliyin maliyyə tərəfi də var. Mən deyə bilərəm ki, biz bu öhdəlikləri iki dəfə artıq yerinə yetirmişik. Bu məbləğ artıq 80 milyon dolları ötüb. Bu investisiyanın böyük hissəsi azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsinə qoyulub. Hal-hazırda mən dəqiq rəqəm deyə bilmərəm, amma bu investisiya böyük rəqəmdir. Bölgənin Qardabani, Marneuli, Bolnisi, Dmanisi rayonlarında 17 mindən çox yeni abonentə qaz xətti çəkəcəyik. 5 min ailə qazla təmin ediləcək. Yalnız Marneuli rayonunda bu ilin axırına kimi 600 kilometrdən artıq yeni qaz xətti çəkiləcək. İşlər gedir. Mən əminəm ki, biz götürdüyümüz öhdəliklərdən çox işlər görəcəyik".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR