Bank Of Baku

Gürcüstanda sürücü vəsiqəsi tələb olunmayacaq

Gürcüstanda sürücü vəsiqəsi tələb olunmayacaq
# 02 oktyabr 2011 03:15 (UTC +04:00)
Bakı-APA. Gürcüstanda sürücü vəsiqəsinin gəzdirilməsini icbari edən qayda ləğv olunub.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə Tbilisidə keçirilən brifinqdə daxili işlər naziri Vano Merabişvili elan edib.
“Bu yenilik vətəndaşların həyatının, habelə ölkə ərazisində sərbəst hərəkətin daha da asanlaşmasına yönəlib”, - Vano Merabişvili bildirib.
Oktyabr ayından yol polisi sürücülərdən nəqliyyat vasitəsinin texniki pasportunu də tələb etməyəcək.
Avtomobili saxlayarkən polis lazım olan məlumatı mərkəzləşmiş kompyuter bazasından əldə edəcək.
Müvafiq sistemlə bütün polis maşınları təchiz olunub.
İndiyədək maşını “pravasız” idarə edən sürücülərə 15 larilik ( təqribən 9 dollar) cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR