Bank Of Baku

Tiflisdə "Logistik proseslər və dəniz magistralları" mövzusunda üçgünlük konfrans başlayıb

Tiflisdə "Logistik proseslər və dəniz magistralları" mövzusunda  üçgünlük konfrans başlayıb
# 03 oktyabr 2011 18:25 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtında "Logistik proseslər və dəniz magistralları" mövzusunda üçgünlük konfrans başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan İqtisadiyyat Nazirliyinin Nəqliyyat Siyasəti İdarəsinin dəstəyi və hökumətlərarası komissiyanın, "TRACECA" nın Avropadakı daimi katibliyinin maliyyə dəstəyi ilə baş tutub. Tədbiri Gürcüstanın iqtisadiyyat nazirinin müavini, "TRACECA-nın Milli katibi Giorgi Karbelashvili və Avropa Komissiyasının bölmə rəhbəri və LOGMOS layihəsinin ekspertlər qrupunun rəhbəri xanım Karmen Falkenberq açaraq mövzunun TRASEKA ölkələri üçün vacibliyini və hansı işləri aparacaqlarını və nəhayət, bu layihənin üç il davam edəcəyini qeyd ediblər.
Konfransın ilk günü "Logistik proseslər və dəniz magistralları" (LOGMOS) layihəsinin rəhbəri Andreas Şen və Avropa komissiyası nümayəndələri və ekspertlər tərəfindən müxtəlif layihələrin təqdimatı keçirilib. Bu layihələrin icraçısı Avropa şirkətləridir. Konfransda Azərbaycanı TRASEKA-nın hökumətlərarası komissiyasının Azərbaycan üzrə Milli katibi Akif Mustafayevin rəhbərliyi ilə Azərbaycan Dəmir Yolunun, Bakı Dəniz ticarət limanının və Xəzər Dəniz Gəmiçiliyi idarəsinin nümayəndələri təmsil edirlər.
TRASEKA-nın hökumətlərarası komissiyasının Azərbaycan üzrə Milli katibi Akif Mustafayev APA-ya LOGMOS layihəsində ən böyük yerin Azərbaycana verildiyini bildirib. "Azərbaycanla əlaqədar olan tərkib layihələr çox mühümdür. Bunlardan biri Poti, Tiflis, Bakı və Mərkəzi Asiya konteyner blok qatarının təşkil edilməsidir. Məqsəd Poti limanına gələn yükləri Tiflis-Bakı istiqamətində Xəzər dənizi vasitəsi ilə Asiyaya ötürməkdir. Hamı son zamanlar BTQ dəmiryolunun istifadəyə verilməsindən danışılır. Bunu nəzərə alaraq bu layihə çox vacibdir. İkinci məsələ Bakı-Aktau, üçüncü məsələ Bakı-Türkmənbaşı əlaqələndirilməsinin inkişafıdır, dördüncü məsələ isə Bakının Ələt qəsəbəsində tikilməyə başlamış Bakı beynəlxalq Dəniz limanında logistika mərkəzinin yaradılmasıdır. XXI əsrdə logistika prosesləri baş vermədən daşımaların effektivliyinə nail olmaq mümkün deyil. Bu prosesdə yüklərin istiqamətləndirilməsi və kompüterin yaddaşına salınması, nəqliyyat vasitələrinin tam yüklənib yola çıxması və bununla da həm az miqdarda nəqliyyat vasitələri ilə çox yük daşınması məsələləri qaldırılır, həm də burda yanacağın sərf edilməsi azalır, həm də ekoloji təmizlik baş verir. Ələt dəniz limanında beynəlxalq logistika məsələləri ilə bağlı işlər gedir, 2014-cü ilə qədər bu limanın tikintisinin birinci mərhələsinə qədər logistika mərkəzi yaradılmalıdır".
APA-nın məlumatına görə, oktyabrın 5-də konfransda iştirak edən TRASEKA ölkələrinin təqdimatı olacaq, o cümlədən Azərbaycan üzrə Milli katib Akif Mustafayev "Bakı beynəlxalq ticarət limanında logistika mərkəzinin yaradılmasının mərhələləri və vəziyyəti" mövzusunda olan layihəni təqdim edəcək. A. Mustafayev bildirib ki, bu layihələrlə güclü ekspertlər məşğul olurlar. Biz bu layihələrə çox ümid bəsləyirik. Burada islahatlardan və gömrükdə sadələşdirmələrdən söhbət gedir, yüklərin yola salınması azalır. gələcəkdə elektron bəyannamələrin qəbulu nəzərdə tutulub. Bu layihə çərçivəsində mütəxəssislər beynəlxalq təcrübəni də yaxından öyrənəcəklər".
Konfransda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistandan gələn nümayəndələr iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR