Bank Of Baku

Vladimir Putin: “Vahid İqtisadi və Gömrük Məkanının yaradılması gələcəkdə Avrasiya İqtisadi İttifaqının təsis edilməsinə şərait yaradacaq”

Vladimir Putin: “Vahid İqtisadi və Gömrük Məkanının yaradılması gələcəkdə Avrasiya İqtisadi İttifaqının təsis edilməsinə şərait yaradacaq”
# 04 oktyabr 2011 08:23 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. “1 yanvar 2012-ci ildə Rusiya, Belarus və Qazaxıstanın iştirakı ilə qüvvəyə minən Vahid İqtisadi Məkan, heç şübhəsiz, yalnız bizim üç dövlət üçün deyil, həm də bütün postsovet dövlətləri üçün tarixi bir mərhələdir”. APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın baş naziri, gələn il keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayan Vladimir Putin «Известия» qəzetində dərc olunan məqalədə yazıb.

MDB-nin yeri və roluna toxunan Putin qeyd edib ki, bu birlik sabiq sovetlər məkanında iqtisadi, humanitar və siyasi əlaqələri qorumağa imkan verib: “İndi bizim MDB və digər regional birliklər çərçivəsində əməkdaşlığımızın prinsiplərini ciddi şəkildə modernləşdirmək imkanımız yaranıb”.

Rusiya baş naziri həmçinin qeyd edib ki, Vahid İqtisadi və Gömrük Məkanın yaradılması gələcəkdə Avrasiya İqtisadi İttifaqının təsis edilməsinə şərait yaratmış olacaq və bu birliyə digər MDB dövlətləri də qoşula biləcək. Öz məqaləsində Putin söhbətin SSRİ-nin bərpasından getmədiyini desə də, eyni zamanda vurğulayır ki, yeni iqtisadi və siyasi əsasda inteqrasiya “zamanın tələbidir”. “Avrasiya İttifaqı – açıq layihədir. Biz bura yeni və ilk növbədə MDB-dən olan ölkələrin qoşulmasını salamlayırıq”.

Qeyd edək ki, Putinin məqaləsi Rusiya və xarici KİV-lərdə onun prezidentliyə dönməsindən sonra MDB-yə münasibətdə yürüdəcəyi siyasətin bir bəyannaməsi kimi yozulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR