Bank Of Baku

MDB Parlamentlərarası Assambleyasının üzvləri Qəbələdə olublar

MDB Parlamentlərarası Assambleyasının üzvləri Qəbələdə olublar
# 04 oktyabr 2011 14:22 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov - APA. MDB Parlamentlərarası Assambleyasının üzvləri Azərbaycana səfərləri çərçivəsində oktyabrın 4-də Qəbələ rayonuna gediblər. APA-nın məlumatına görə, 7 MDB ölkəsini təmsil edən deputatlar “Gilan” piano fabrikinin fəaliyyəti ilə tanış olublar. Qonaqlara bildirilib ki, fabrikdə ildə 1200-1500 “Beltmann” markalı piano istehsal etmək mümkündür. Sonra nümayəndə heyəti Qəbələ konserv zavoduna baş çəkib və Nic qəsəbəsindəki alban məbədi ilə yaxından tanış olub. Qonaqlara əsaslı şəkildə təmir-bərpadan sonra əvvəlki görkəminə qaytarılan Nic kilsəsi barədə ətraflı məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR