Bank Of Baku

Siqnaxidə Gürcüstanda fəaliyyət göstərən "Ceyran" folklor rəqs ansamblının təşəbbüsü ilə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Siqnaxidə Gürcüstanda fəaliyyət göstərən "Ceyran" folklor rəqs ansamblının təşəbbüsü ilə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
# 05 oktyabr 2011 22:16 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda keçiriləcək bütün mədəni tədbirlərdə Azərbaycanı Tiflisdə fəaliyyət göstərən "Ceyran" folklor rəqs ansamblı təmsil edəcək. Ansamblın kollektivi oktyabrın 23-də Siqnaxidə Azərbaycan Mədəniyyəti Günləri təşkil edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə "Ceyran" folklor rəqs ansamblının bədii rəhbəri Ceyran Qurbanova məlumat bildirib. Onun sözlərinə görə, hər tədbirdə rəqs kollektivi Azərbaycan bayrağı ilə səhnəyə çıxır: "Sentyabr ayında belə mədəni-kütləvi tədbirlərimiz çox olacaq. Oktyabrın 9-da saat 12-dən başlayaraq bir saatlıq Azərbaycan və gürcü rəqslərini nümayiş etdirəcəyik. Bizi Tiflis şəhər merliyi xüsusi olaraq dəvət edib. Oktyabrın 14-də Msxetoba bayramına dəvət almışıq. Oktyabrın 23-də isə sevgililər şəhəri olan Siqnaxidə hər il ənənəvi olaraq keçirdiyimiz Azərbaycan Mədəniyyəti Günlərini təşkil edəcəyik. Nümayiş etdirdiyimiz rəqs və mahnı nümunələri Siqnaxiyə gələn gürcü və xarici turistlərin xüsusi alqışlarına səbəb olur. Biz hər yerdə Azərbaycan adı ilə çıxış edir, uğurlar əldə edirik".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR