Bank Of Baku

Putinlə Ərdoğan Rusiya qazının Türkiyəyə ötürülməsi məsələsini müzakirə ediblər

Putinlə Ərdoğan Rusiya qazının Türkiyəyə ötürülməsi məsələsini müzakirə ediblər
# 10 oktyabr 2011 19:51 (UTC +04:00)
Bakı-APA. Bu gün Rusiya və Türkiyə baş nazirləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Söhbət zamanı Türkiyənin Botaş şirkətinin «Qazprom»la müqaviləni uzatmaqdan imtina etməsindən sonra Rusiya qazının Türkiyəyə ötürülməsi imkanları müzakirə olunub. Bu barədə Rusiya baş nazirinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

«Hökumət başçıları türk şirkətlərindən birinin müqaviləni uzatmaqdan imtina etməsi nəzərə alınmaqla «qərb dəhlizi» ilə təbii qaz ötürülməsinin davam etdirilməsi barədə fikir mübadiləsi aparıblar», deyə Peskov bildirib.

O qeyd edib ki, müzakirə zamanı ötürülmənin digər türk şirkətləri vasitəsilə bərpa olunması məsələsinə toxunulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR