Bank Of Baku

Tiflisdə azərbaycanlıların 30-dan çox tarixi-mədəni abidəsinə dair kitab nəşr olunacaq

Tiflisdə azərbaycanlıların 30-dan çox tarixi-mədəni abidəsinə dair kitab nəşr olunacaq
# 12 oktyabr 2011 21:50 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda Milli Azlıqların Monitorinq Qrupu (GMAMQ) azərbaycanlıların kompakt yaşadığı ərazilərdə tarixi-mədəni irsdən bəhs edən "Gürcüstanda azərbaycanlıların milli tarixi mədəniyyətinin irsi olan daş heykəlləri" adlı kitab hazırlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə GMAMQ-nın rəhbəri Elbrus Məmmədov məlumat verib: "Azərbaycanlıların milli tarixi-mədəni irsinə aid olan daş heykəllər (qoç və at) haqqında araşdırma layihəmiz başa çatıb. Layihə çərçivəsində əldə etdiyimiz araşdırmaların nəticəsi olan video və foto materiallardan da istifadə etmişik. Artıq 30-dan çox tarixi-mədəni abidələrin tarixini sübut edən araşdırmaların əsasında bu kitabı hazırlamışıq. Abidələrimizdən bəhs edən kitab artıq nəşriyyata təqdim olunub. Yaxın günlərdə kitab nəşr olunub azərbaycanlı oxucuların ixtiyarına veriləcək".

Qeyd edək ki, layihənin rəhbəri Elbrus Məmmədovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR