Bank Of Baku

İlin axırına kimi Kvemo-Kartli bölgəsinin 35 kəndi qazlaşdırılacaq

İlin axırına kimi Kvemo-Kartli bölgəsinin 35 kəndi qazlaşdırılacaq
# 12 oktyabr 2011 22:41 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. "Marneulidə qazlaşdırmanın vəziyyəti digər regionlara nisbətən daha yaxşıdır. Hətta mən deyərdim ki, müəyyən dairələr daha çox qısqanırlar ki, Marneuliyə, daha doğrusu, azərbaycanlıların kompakt yaşadığı Borçalıya daha çox fikir veririk. Bu o demək deyil ki, Borçalıda problemlər yoxdur". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, hələ Borçalıda qaz çəkilməmiş kəndlər çoxdur: "Hazırda Alget zonasında qazlaşdırma sona çatmaq üzrədir. Marneulinin 7-8 kəndində paralel olaraq qazlaşdırma işi sürətlə gedir. Ümumiyyətlə, ilin axırına kimi Kvemo-Kartli bölgəsinin 35 kəndi qazlaşdırılacaq. Hava gözəldir, vəsaitimiz var. Buna görə də işimizi vaxtında yerinə yetirəcəyik. Harada qaz yoxdursa, üzümüzə gələn il biz mütləq oraya qaz çəkəcəyik".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR