Bank Of Baku

Rusiya XİN: Suriya və İrana təzyiq və bu ölkələrin izolyasiyası problemin həlli yolu deyil

Rusiya XİN: Suriya və İrana təzyiq və bu ölkələrin izolyasiyası problemin həlli yolu deyil
# 13 oktyabr 2011 13:18 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Suriya və İrana təzyiq və bu ölkələrin izolyasiyası problemin həlli yolu deyil”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç keçirdiyi brifinqdə beynəlxalq təşkilatlar tərəfindən Suriya və İrana qarşı aparılan izolyasiya və təzyiq siyasətinə münasibət bildirərkən söyləyib. A. Lukaşeviç problemin yeganə həlli yolunun tərəflərlə danışıqlar aparılması olduğunu bildirib. O, Rusiyanın Suriyada baş verənlərə münasibətinin bəlli olduğunu deyib. Bu ay ərzində Moskvada Suriyanın müxalifət nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

A. Lukaşeviç Kosovo probleminin də hər zaman Rusiyanın diqqət mərkəzində olduğunu vurğulayıb. Onun sözlərində görə, BMT baş katibinin Kosovo üzrə yeni təyin olunan xüsusi nümayəndəsi Farid Zarif çox təcrübəli diplomatdır: “Ümid edirik ki, bu vəzifə təyinatı problemin həllinə müsbət təsir göstərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR