Bank Of Baku

Yuliya Timoşenkoya qarşı növbəti ittihamlar irəli sürülüb

Yuliya Timoşenkoya qarşı növbəti ittihamlar irəli sürülüb
# 13 oktyabr 2011 16:17 (UTC +04:00)
Bakı - APA. Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkoya qarşı növbəti ittihamlar irəli sürülüb. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, Y.Timoşenko 405 mln. dollar vəsaiti israf etməkdə ittiham olunur.

İttihamlar Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Y.Timoşenkonun 1995-1997-ci illərdə “Ukraynanın vahid enerji sistemləri” korporasiyasına rəhbərlik etdiyi dövrlə əlaqədar qaldırılan cinayət işi çərçivəsində irəli sürülüb.

Qeyd edək ki, Ukraynanın sabiq baş naziri oktyabrın 11-də Kiyevin Peçora rayon Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. O, 2009-cu ildə Rusiya ilə təbii qaz razılaşmaları imzalayarkən səlahiyyət həddini aşmaqda və Ukraynanın dövlət neft-qaz şirkəti “Naftoqaz”a zərər vurmaqda günahkar bilinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR