Bank Of Baku

MDB ölkələrinin hökumət başçıları Azad Ticarət Zonasına dair müqavilə layihəsini müzakirə ediləcək

MDB ölkələrinin hökumət başçıları Azad Ticarət Zonasına dair müqavilə layihəsini müzakirə ediləcək
# 14 oktyabr 2011 08:27 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Oktyabrın 18-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB hökümət başçıları Şurasının iclası keçiriləcək. APA-nın MDB İcraiyyə Komitəsinə istinadən verdiyi məlumata görə, baş nazirlərin toplantısında birlik ölkələri arasında iqtisadi münasibətləri dərinləşdirməyi hədəfləyən 30-a yaxın sənədin nəzərdən keçirilməsi gözlənilir.

Azad Ticarət Zonasına dair müqavilə layihəsi iclasda müzakirə ediləcək əsas sənədlərdən biri olacaq. Hökumət rəhbərləri dəmir yolu nəqliyyatının inkişafı, valyuta mübadiləsi siyasətinin prinsipləri, humanitar əməkdaşlıq və digər sahələri əhatə edən saziş layihələrini də müzakirə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR