Bank Of Baku

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə dini-mədəni abidələrə baxış keçirilməyə başlayıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə dini-mədəni abidələrə baxış keçirilməyə başlayıb
# 14 oktyabr 2011 20:29 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi azərbaycanlıların kompakt yaşadığı bölgələrdə dini-mədəni abidələrə baxış keçirməyə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanda fəaliyyət göstərən Milli Azlıqların Monitorinq Qrupunun (MAMQ) üzvü Zemfira Əzizbəyova APA-ya açıqlamasında bildirib ki, dini-mədəni abidələrə baxışın birinci mərhələsi oktyabrın 12-dən başlayıb. "Monitorinq qrupuna iki nəfər mədəniyyət nazirliyinin rəsmisi və bir nəfər əməkdaşımız qatılıb. Monitorinqə başlamamışdan əvvəl biz Marneuli və Bolnisi rayonlarının icra hakimiyyətlərinin rəhbərliyi ilə görüş keçirdik. Sonra monitorinqə məscidlərdən başladıq. İndiyədək Candar, Qızılhacılı, Muğanlı və Faxralı məscidlərində olmuşuq. Biz bu məqsədə nail olana qədər dəfələrlə mədəniyyət nazirliyi ilə yazışma aparmış, Ombudsman aparatının milli azlıqlar şurasının iclasında dövlət strukturlarının nümayəndələri və QHT-lərin iştirakı ilə görüşlər təşkil etmiş və Gürcüstanda etnik azlıqların mədəni irsinin qeydiyyatdan keçirilməsi məsələsini gündəmə gətirmişik. Monitorinq qrupunun rəhbəri Elbrus Məmmədov Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirinə 18 dəfə məktub göndərərək, bildirib ki, azərbaycanlılara məxsus dini-mədəni abidələri məhv olmaq təhlükəsi gözləyir. Məktubda qeyd edilib ki, yaşı 100 ildən çox olan məscidlərimizi rəsmi qeydiyyatdan keçirməyin vaxtı çatıb. Bundan sonra nazirlik bizə söz verdi ki, sizin təklifiniz müzakirə ediləcək və bu məsələni diqqətlə araşdıracağıq. Sevindirici haldır ki, bu günlərdə Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi azərbaycanlıların kompakt yaşadığı ərazilərdə dini-mədəni abidələrə baxış keçirməyə razılıq verib. Düşünürəm ki, biz məscidlərimizi qısa vaxt ərzində qeydiyyatdan keçirməyə və onlara status almağa nail olacağıq", deyə Əzizbəyova qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR