Bank Of Baku

GUAM ölkələri kiber terrorizmlə mübarizə aparacaqlar

GUAM ölkələri kiber terrorizmlə mübarizə aparacaqlar
# 14 oktyabr 2011 22:11 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. GUAM-a üzv olan ölkələr imkanlarını nəzərə alaraq kiber terrorizm və kiber cinayətə qarşı həyata keçiriləcək beynəlxalq layihələrdə iştirak etmək niyyətindədirlər.
APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bu məqsədlə GUAM-ın virtual mərkəzinin mexanizmlərindən istifadə etməklə daim fəaliyyət göstərən əlaqə məntəqələri yaratmaq təklif olunub.

Oktyabrın 13-14-də Kiyevdə baş tutan terrorizmlə mübarizə işçi alt qrupunun 7-ci iclasında "GUAM ölkələrinin hüquq mühafizə nümayəndələrinin Azərbaycanda keçiriləcək "Eurovision-2012" müsabiqəsində təhlükəsizliyi təmin etmək üçün tədbirlərin hazırlanmasında iştirakı" ilə tanış olublar. Eyni zamanda onlara 2012-ci ildə futbol üzrə Avropa çempionatının final hissəsinin təhlükəsiz keçirilməsində iştirak barədə məlumat verilib.

Yığıncaqda GUAM ölkələri nümayəndələrinə digər layihələr barədə də məlumat verilib. Nümayəndələr digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində xəbərdarlıq və terrorizmlə mübarizə məsələləri barədə razılığa gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR