Bank Of Baku

Medvedev Rusiya hökumətinin tam yenilənəcəyini bildirib

Medvedev Rusiya hökumətinin tam yenilənəcəyini bildirib
# 15 oktyabr 2011 15:07 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu RF prezidenti bu gün tərəfdaşları ilə keçirdiyi və «Rossiya24» telekanalı ilə canlı yayımlanan görüşdə bildirib.

D.Medvedevin sözlərinə görə, yeni hökumət tam yeni simalardan ibarət olacaq və bu addım Rusiya üçün olduqca vacibdir. Bununla yanaşı RF prezidenti geniş hökumətin də formalaşacağını və bu hökumətin hakim partiya, ekspertlər və vətəndaş cəmiyyəti ilə işin aparılması üçün nəzərdə tutulduğunu vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, müasir texnologiyalarla işləyə bilməyən, xüsusən də İnternetdən istifadə etməyi bacarmayan məmurlar tutduqları vəzifələrdən azad olunacaqlar. Onun fikrincə, bunu bacarmayan insanlar zamana uyğun deyil.

Xatırladaq ki, ötən ay RF-nin hazırkı baş naziri Vladimir Putin qarşıdakı prezident seçkilərində qalib gələcəyi təqdirdə D.Medvedevi hökumət başçısı təyin edəcəyini söz verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR