Bank Of Baku

Rusiyada bir evdə baş verən yanğında 9 nəfər ölüb

Rusiyada bir evdə baş verən yanğında 9 nəfər ölüb
# 17 oktyabr 2011 07:44 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının Krasnoyarsk diyarının Nijnı İnqaş rayonunun Nijnya Poyma qəsəbəsindəki yaşayış evində baş verən yanğında 9 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 17-nə keçən gecə baş verib. Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər ev həyətdəki tikililərlə birlikdə (ümumilikdə 180 kvadrat metr) tamamilə yanıb. Dağıntıların altında 9 nəfərin cəsədi tapılıb. Onlardan 5-i uşaqdır. Onların yanğın başlayarkən yuxuda olduqları güman olunur.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR