Bank Of Baku

Pol Qobl: “Moskva qəbul etməlidir ki, ABŞ-ın Cənubi Qafqazda maraqları var və bu təkcə neft sahəsinə aid olan maraqlar deyil”

Pol Qobl: “Moskva qəbul etməlidir ki, ABŞ-ın Cənubi Qafqazda maraqları var və bu təkcə neft sahəsinə aid olan maraqlar deyil”
# 17 oktyabr 2011 18:56 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Cənubi Qafqaz Rusiya ilə ABŞ arasında ən böyük problem deyil”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskvada Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunan “Rusiya-Azərbaycan-ABŞ çox istiqamətli siyasət kontekstində” mövzusunda Moskva-Bakı-Vaşinqton arasında keçirilən videokörpüdə amerikalı analitik Pol Qobl bildirib. Analitikin sözlərinə görə, regionda hər iki ölkə kəsişən və kəsişməyən siyasət yürüdürlər: “Moskva qəbul etməlidir ki, ABŞ-ın Cənubi Qafqazda maraqları var və bu təkcə neft sahəsinə aid olan maraqlar deyil”.

P. Qobl ABŞ ilə Rusiyanın regionun ən böyük münaqişəsi olan Dağlıq Qarabağ probleminin həllinə birgə səy göstərdiklərini söyləyib: “ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində problemin həlli istiqamətində işlər görür. Burada əsas fəaliyyət Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması və s. ibarətdir. Lakin onların fəaliyyətinin nə qədər uğurlu olması sual doğurur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR