Bank Of Baku

Rusiya Suriya diplomatlarının bir sıra ölkələrdən qovulmasını tənqid edib

Rusiya Suriya diplomatlarının bir sıra ölkələrdən qovulmasını tənqid edib
# 30 may 2012 15:06 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Xarici İşlər Nazirliyi Suriya diplomatlarının bir sıra ölkələrdən qovulmasını qınayan bəyanatla çıxış edib. APA-nın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, Rusiya XİN bunun həmin ölkələrin Suriya ilə ikitərəfli əlaqələrinə aid bir məsələ olduğunu etiraf etməklə yanaşı, belə addımların məhsuldar olmadığını bildirib: “Fikir mübadiləsi aparmaq və Annan planının yerinə yetirilməsi istiqamətində təşviq etmək məqsədilə Suriya hökumətinə konstruktiv təsir göstərmək üçün vacib kanallar bağlanır”.

Qeyd edək ki, “Suriyanın dostları” qrupu çərçivəsində aparılan məsləhətləşmələrdən sonra bir çox dövlət Suriya səfirlərini və diplomatlarını qovub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR