Bank Of Baku

Ovik Abramyan yenidən Ermənistan parlamentinin sədri seçilib

Ovik Abramyan yenidən Ermənistan parlamentinin sədri seçilib
# 31 may 2012 11:54 (UTC +04:00)
Bakı – APA. Ermənistanın hakim Respublika Partiyasının təmsilçisi Ovik Abramyan yenidən parlamentin sədri seçilib. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, səsvermədə 110 deputat iştirak edib. 102 nəfər Abramyanın lehinə, 4 nəfər əleyhinə səs verib. 4 bülleten etibarsız sayılıb.

Xatırladaq ki, O. Abramyan 2008-ci ilin sentyabrında Ermənistan parlamentinin sədri seçilib. O, 2011-ci ilin noyabrında bu vəzifədən istefa verərək Respublika Partiyası seçki qərargahının rəhbəri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR