Bank Of Baku

Dağıstanda baş vermiş terror aktında dini lider və daha 6 nəfər həlak olub

Dağıstanda baş vermiş terror aktında dini lider və daha 6 nəfər həlak olub
# 28 avqust 2012 21:28 (UTC +04:00)
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, terror aktı sufi şeyxi Səid Əfəndinin Dağıstanın Buynaysk rayonunun Çirkey kəndindəki evində baş verib. Terrorçu qadın zəvvar adı ilə şeyxə yaxınlaşarkən partlayıcı və dəmir qırıntıları ilə doldurulmuş “şəhid kəmərini” işə salıb.

Hüquq-mühavizə orqanları araşdırma aparır. Dağıstanda avqustun 29-u matəm elan olunub. Çeçenistanın Ruhani İdarəsinin nümayəndəsi bildirib ki, şeyx Səid Əfəndinin qətli onun dini ekstremizmə, vəhhabiliyə qarşı sərt mövqeyi ilə bağlıdır. O deyib ki, şeyxin dövlətin dini təşkilatlarla qarşılıqlı əlaqələrin yaradılması istiqamətində fəaliyyəti ekstremist cərəyanların xoşuna gəlmirdi.

Şeyx Səid Əfəndi və daha altı nəfərin öldürülməsi ilə nəticələnən terror aktını ABŞ-ın Dövlət Departamenti pisləyib. Dövlət Departamentin nümayəndəsi Viktoriya Nunland deyib ki, ABŞ Şimalı Qafqazda zorakılığın artmasını və baş vermiş terror aktını qətiyyətlə pisləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR