Bank Of Baku

Gürcüstanda məhv edilmiş silahlıların Dağıstan quldur dəstəsinin üzvləri olduğu bildirilib

Gürcüstanda məhv edilmiş silahlıların Dağıstan quldur dəstəsinin üzvləri olduğu bildirilib
# 29 avqust 2012 17:50 (UTC +04:00)
Bakı-APA. Gürcüstan güc strukturlarının son bir neçə gün ərzində döyüş apardıqları silahı qrup bu ölkəyə Dağıstanın ərazisindən keçib, qrupun üzvləri isə Suntin cinayətkar dəstəsinə daxildirlər. APA-nın məlumatına görə, bu barədə RİA Novosti-yə Dağıstan hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, avqustun 28-də 20 nəfərdən ibarət diversiya qrupu Dağıstan istiqamətindən Gürcüstan sərhədini keçərək 10-dək yerli sakini girov götürüb. Avqustun 29-da səhər Gürcüstan hüquq-mühafizə orqanları daxili işlər naziri Baço Axalayanın rəhbərliyi altında girovların azad edilməsi və qrupun zərərsizləşdirilməsi əməliyyatına başlayıb.

Gürcüstan hüquq-mühafizə orqanlarının Rusiya sərhədi yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkə ərazisinə keçmiş silahlı qrupun 11 üzvü məhv edilib.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyatı keçirən Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarından isə 3-ü həlak olub, beşi yaralanıb. DİN-dən bildirilib ki, daha altı yaraqlı mühasirəyə alınıb, onların zərərsizləşdirilməsi üçün əməliyyat davam edir.

Silahlıların girov götürdükləri şəxslərin isə hamısı azad edilib. Onların dəqiqi sayı açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR