Bank Of Baku

Rusiya XİN: “Avropa Birliyinin İrana qarşı son sanksiya qərarı İranla müzakirələrə zərər verir”

Rusiya XİN: “Avropa Birliyinin İrana qarşı son sanksiya qərarı İranla müzakirələrə zərər verir”
# 19 oktyabr 2012 01:18 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Rusiya Xarici İşlər Nazirliyi Avropa Birliyinin (AB) İrana qarşı tətbiq etdiyi son sanksiyaları pisləyən bəyanat yayıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, sənəddə AB-nin İrana qarşı son sanksiya qərarından narahatlıq ifadə olunur: “Bu sanksiyalar İranla müzakirələrə zərər verir. AB-nin yeni sanksiyaları İranın nüvə proqramı ətrafında yaranmış gərginliyi həll etmək niyyəti ilə diplomatik səylərini davam etdirən “altılıq” ölkələrinin bütövlüyünə zərbə vurur. Bununla belə, biz növbəti nüvə müzakirələrinin keçirilməsinə çalışırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR